Skip to content

Latest commit

 

History

History
74 lines (47 loc) · 4.09 KB

README.az.md

File metadata and controls

74 lines (47 loc) · 4.09 KB

React Azərbaycan Sənədləri

Bu repo-da az.reactjs.org səhifəsinin mənbə kodu yerləşir.

🇺🇸 English Version | 📖 Lüğət | 💅 Stil Təlimatları | ✅ Proqres: 100%

Başlamaq

İlkin Şərtlər

  1. Git
  2. Node: 8.4.0 və ya yuxarı hər hansı 8.x versiyası
  3. Yarn: Quraşdırma təlimatları üçün Yarn səhifəsinə baxın
  4. Repo-nun forku (hər hansı kontribusiya üçün)
  5. az.reactjs.org reposunun lokal maşında klonu

Quraşdırma

  1. Layihə direktoriyasına daxil olmaq üçün cd az.reactjs.org yazın
  2. Veb Səhifənin npm asılılıqlarını yükləmək üçün yarn yazın

Lokal İstifadə

  1. yarn dev yazaraq hot-reload olan təkmilləşdirmə serverini başladın (Gatsby ilə işləyir)
  2. open http://localhost:8000 yazaraq səhifəni sevdiyiniz brauzerdə açın

İştirak Etmək

Qaydalar

Sənədlər fərqli ton və məqsəd ilə yazılmış bir neçə bölməyə bölünüblər. Əgər siz birdən çox cümlə yazmaq istəyirsinizsə uyğun bölməyə aid kontribusiya qaydaları ilə tanış olun.

Branch yaradın

  1. az.reactjs.org repo-su olan lokal direktoriyadan git checkout master çağırın
  2. Ən yeni kodun olduğundan əmin olmaq üçün git pull origin master yazın
  3. Branch yaratmaq üçün git checkout -b the-name-of-my-branch (the-name-of-my-branch-i uyğun ad ilə dəyişin) yazın

Dəyişikliklər edin

  1. "Lokal İstifadə" təlimatlarına baxın
  2. Faylları yaddaşa yazın və brauzerdə yoxlayın
  3. src-da React komponentlərə olan dəyişikliklər hot-reload ediləcək
  4. content-də olan markdown fayllarına olan dəyişikliklər hot-reload ediləcək
  5. Pluginlər ilə işləyirsinizsə .cache direktoriyasını silib serveri restart edin

Dəyişiklikləri yoxlayın

  1. Əgər mümkündürsə vizual dəyişiklikləri bütün sıravi mobil və desktop brauzerlərinin ən yeni versiyalarında yoxlayın.
  2. Layihə direktoriyasından yarn check-all çağırın. (Bu Prettier, ESLint və Flow-nu işə salacaq.)

Push edin

  1. git add -A && git commit -m "My message" (My message-i commit mesajı ilə dəyişin. Məsələn, Fix header logo on Android) çağıraraq dəyişiklikləri stage və commit edin
  2. git push my-fork-name the-name-of-my-branch
  3. az.reactjs.org repo-suna baxdıqda push etdiyiniz branch-ləri görəcəksiniz.
  4. GitHub-ın təlimatlarını tətbiq edin.
  5. Əgər mümkündürsə vizual dəyişikliklərin skrinşotlarını əlavə edin. Digərlərinin dəyişiklikləri görməsi üçün PR yaranan kimi Netlify səhifəsi avtomatik olaraq düzəldiləcək.

Tərcümə

Əgər az.reactjs.org tərcümə etmək istəyirsinizsə isreacttranslatedyet.com səhifəsində olan cari tərcümə səylərinə baxın.

Əgər tərcümə lüğətinə yeni termin əlavə etmək və ya hər hansı bir termini dəyişmək istəyirsinizsə, repoda olan glossary.md faylını redaktə edib PR yaradın. Bu sənədlərdə bütün terminlər sənəd boyu eyni formada işlədilir. Bu səbəbdən, dəyişikliklərin səbəbini PR-da izah edin.

Problemləri Aradan Qaldırmaq

  • yarn reset çağıraraq lokal keşi təmizləyin

Lisenziya

az.reactjs.org səhifəsinə yüklənən kontent CC-BY-4.0 ilə lisenziya olunub. Lisenziyanı LICENSE-DOCS.md faylından tapa bilərsiniz.