Bu repoda göstərilən qaydalar bütün dillər üçün etibarlıdır.
Bütün başlıqların açıq formada aşağıda göstərilən kimi ID-ləri var:
## React-i Sınayın {#try-react}
Bu ID-ləri tərcümə etməyin! Bu ID-lər naviqasiya üçün işlədilir və sənədə kənardan istinad edildiyində naviqasiya sınacaq:
Əlavə məlumat üçün [başlanğıc bölməyə](/getting-started#try-react) baxın.
✅ EDİN:
## React-i Sına {#try-react}
❌ ETMƏYİN:
## React-i Sına {#react-sına}
Bu yuxarıdakı linki sındıracaq.
Kod Blocklarında, şərhlərdən başqa mətnləri tərcümə etməyin. Əlavə olaraq, mətnlərdə olan yazıları tərcümə edə bilərsiniz. Lakin əmin olun ki, koda istinad edən mətnləri tərcümə etmirsiniz!
Nümunə:
// Example
const element = <h1>Hello, world</h1>;
ReactDOM.render(element, document.getElementById('root'));
✅ EDİN:
// Nümunə
const element = <h1>Salam dünya</h1>;
ReactDOM.render(element, document.getElementById('root'));
❌ ETMƏYİN:
// Nümunə
const element = <h1>Salam dünya</h1>;
// "root" element ID-dir.
// TƏRCÜMƏ ETMƏ
ReactDOM.render(element, document.getElementById('kök'));
❌ QƏTİ ETMƏYİN:
// Nümunə
const element = <h1>Salam dünya</h1>;
ReactDOM.render(element, dokument.idəGörəElementSeç('kök'));
Əgər kənar link MDN və ya Vikipedia kimi saytlarda olan məqaləyə istinad edirsə və bu məqalənin Azərbaycan dilində əməlli tərcüməsi varsa, Azərbaycan dilində olan məqaləni istifadə edin.
Nümunə:
React elementləri [immutable](https://en.wikipedia.org/wiki/Immutable_object).
✅ OK:
React elementləri [dəyişilməzdir](https://az.wikipedia.org/wiki/Dəyişilməz_obyekt).
Ekvivalent tərcüməsi olmayan linkləri (Stack Overflow, YouTube videoları, və s) İngilis dilində saxlayın.